Daha bir məşhur estetik əməliyyat etdirdi, Röya görüb TANIMADI - VİDEO

Şou-biznesdə daha bir estetik dəyişiklik gündəm olub.

Milli.Az xəbər verir ki, stilist-vizajist Nigar İbrahimova üzgərmə (face-lift) əməliyyatı etdirməsi ilə diqqət çəkib. Onun yeni görüntüsü sosial şəbəkələrdə sürətlə yayılaraq müzakirə mövzusuna çevrilib.

Make-up artist əməliyyatdan cəmi 9 gün sonra kamera qarşısına keçib və son halını nümayiş etdirib. Qısa müddətdə bu qədər dəyişiklik izləyicilərin marağına səbəb olub.

İzləyicilər arasında fikirlər birmənalı olmayıb. Bəziləri onun yeni görünüşünü bəyənsə də, digərləri dəyişimin hələ tam oturuşmadığını və vaxt keçdikcə daha yaxşı nəticə verəcəyini qeyd ediblər.

Əməliyyatdan yeni çıxan Nigarı görən Xalq artisti Röya Ayxanın "ağızı açıq qalıb". O, stilisti tanımaqda çətinlik çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31