Həcc ziyarəti üçün müəyyən edilən kvota dolmaq üzrədir

Həcc ziyarəti üçün müəyyən edilən kvotanın 93%-i artıq tamamlanıb.

Bu barədə cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, hazırda 7% yer qalıb.

"Sənəd qəbulunun yekunlaşmasına sayılı günlər qalıb. Kvota dolmaq üzrədir, vətəndaşlar tələssinlər", - o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31