Elm günü elmi-analitik baxımdan mühüm platforma kimi çıxış etməlidir - ÖZƏL
13:22 Sosial"Elm günü yalnız elmi nailiyyətlərin qeyd olunduğu simvolik tarix kimi deyil, həm də elmi fəaliyyətin institusional və məzmun aspektlərinin elmi-analitik baxımdan yenidən qiymətləndirilməsi üçün mühüm platforma kimi çıxış etməlidir. Bu kontekstdə həmin gün: akademik sistemin problemlərini dərk etmək, elmi fəaliyyətin mahiyyətinə qayıtmaq, universitetləri yenidən düşünmək günüdür". "Olaylar" xəbər verir ki, bunu İqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib: "Elm günü akademik sistemin struktur, idarəetmə və etik problemlərinin sistemli şəkildə təhlil olunmasını, elmi fəaliyyətin mahiyyətinə - yəni bilik istehsalının keyfiyyətinə, orijinallığına və ictimai faydalılığına dönüşü, həmçinin universitetlərin funksional modelinin, missiyasının və cəmiyyətlə qarşılıqlı münasibətlərinin yenidən konseptuallaşdırılmasını şərtləndirən intellektual müzakirə mühiti kimi dəyərləndirilməlidir".