İrandan Azərbaycana ümumilikdə 3146 nəfər təxliyə edilib - FOTO

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam etdirilir.

Milli.Az xəbər verir ki, 28 fevral 8.00-dan - 31 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 3146 nəfər təxliyə olunub.

Belə ki, bu üddət ərzində 728 Çin, 551 Azərbaycan, 351 Rusiya, 198 Banqladeş, 196 Hindistan, 187 Tacikistan, 148 Pakistan, 84 Oman, 68 İndoneziya, 61 İran, 55 Əlcəzair, 44 İtaliya, 26 İspaniya, 25 Kanada, 24 Almaniya, 19 Fransa, 19 Gürcüstan, 18 Səudiyyə Ərəbistanı, 18 Yaponiya, 16 Özbəkistan, 16 Bəhreyn, 14 İsveçrə, 14 Polşa, 13 Nigeriya, 13 Qazaxıstan, 12 Macarıstan, 11 Meksika, 11 ABŞ, 11 Belarus, 10 Böyük Britaniya, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 9 Braziliya, 8 Sudan, 7 Venesuela vətəndaşı Azərbaycan vasitəsilə təxliyə edilib.

Bundan başqa siyahıda BƏƏ, Slovakiya, Belçika, Rumıniyanın hər birinin 6, Türkiyə, Finlandiya, Serbiya, Çexiya, İsveç, Əfqanıstan, Avstraliya, Avstriya, Yunanıstan, Vyetnam, Qırğızıstanın hər birinin 5, İordaniya, Filippin, Ukrayna, Şri Lanka, Küveyt, Niderlandın isə hər birinin 4 vətəndaşı var.

Həmçinin Qətər, Xorvatiya, Danimarka və Norveçin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr və Sloveniyanın 2, Tunis, Cənubi Afrika, Maldiv Adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikanın hər birinin isə 1 vətəndaşı təxliyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31