Nurəddin Mehdixanlı Rasim Balayevlə bağlı bunları dedi

"Rasim Balayevin vəfatı Azərbaycan  xalqı və mədəniyyəti üçün ağır itkidir".

Olaylar.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə vida mərasimində Xalq artisti Nurəddin Mehdixanlı deyib.

"Rasim Balayev öz istedadı və zəhməti ilə sənətin zirvəsinə qalxmış və xalqımız tərəfindən yüksək qiymətləndirilmiş bir aktyor idi. Çox təəssüf ki, Rasim Balayev kimi sənətkarı itirdik.
Düşünürəm ki, biz sənət adamlarına yaşa dolduqca daha çox dəyər verilməlidir. Onun xəstə olduğunu bilə- bilə sağdan-soldan üzərinə gedənlərin indi vicdanları nə deyir?! Gəncliyini sənətinə,  xalqına həsr etmiş insanları qorumalıyıq",-deyə N.Mehdixanlı əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31