Rasim Balayevin cənazəsinin Vətənə göndərilməsi üçün lazımi bütün prosedurlara başlanılıb - Səfirlik

Bu gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevin cənazəsinin Vətənə göndərilməsi üçün Azərbaycan dövləti tərəfindən lazımi bütün prosedurlara başlanılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Qeyd edilib ki, Türkiyədə lazımi prosedurlar həyata keçirildikdən sonra cənazə Vətənə yola salınacaq. Səfirlik və Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən Rasim Balayevin ailəsi ilə mütəmadi olaraq əlaqə saxlanılır, bütün lazımi dəstək göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31