Bakıda yağan yağıntının miqdarı 133 mm-ə çatıb - FAKTİKİ HAVA
20:32 SosialMartın 28-i saat 17:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır.
Hazırda Bakıda və Abşeron yarımadasında yağan yağıntının miqdarı 133 mm-ə çatıb. Bu da aylıq normanın 564 %-ni təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31