Dünyanı cənginə alan fəlakət regionumuza da çatdı – “Bu, artıq ekstremdir”

Ölkə ərazisində, eləcə də regionda intensiv yağışlar davam edir. Yağıntılar nəticəsində bəzi ərazilərdə subasma olub, gölməçələr yaranıb. Oxşar hava şəraiti hazırda dünyanın bir sıra ölkələrində də qeydə alınır. Mütəxəssislər mövcud vəziyyəti dünya üzrə fəlakət kimi qiymətləndirirlər.

Globalinfo.az-a danışan "Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, son illərdə dünyanın böyük şəhərlərində, xüsusilə London, Paris, Dubay kimi iri urban mərkəzlərdə də intensiv yağışlar problemlərə səbəb olur:

"Küçələrin su altında qalması, nəqliyyatın iflic olması və yaşayış məntəqələrində lokal daşqınların baş verməsi artıq qlobal iqlim dəyişikliyinin nəticəsidir. Metrologiyada hər güclü yağış təbii fəlakət kimi qiymətləndirilmir. Lakin müəyyən hallarda fövqəladə hidrometroloji hadisə hesab olunur. Belə ki, qısa müddətdə normadan bir neçə dəfə artıq yağıntı düşürsə, şəhər infrastrukturu fəaliyyətini itirirsə, yaşayış evlərinə və əmlaka ziyan dəyərsə, o zaman hadisə artıq urban daşqın və ya hidrometroloji təbii fəlakət kimi

Ekoloq bildirib ki, metrologiyada 24 saatda 100 mm və daha çox yağış çox vaxt "ekstrem güclü yağış" hesab olunur:

"Saatda 50 mm-dən artıq olan yağış "çox güclü", 80 mm-dən yuxarı isə "ekstrem intensivlik" sayılır. Metrologiyada "norma" anlayışı müəyyən ərazi üzrə uzun illərin orta yağıntı göstəricisinə əsaslanır. Əgər ay üzrə orta norma 20 mm-dir və faktiki düşən yağıntı 80 mm olarsa, bu zaman həmin yağıntı normadan 4 dəfə artıq hesab edilir. Əgər belə yağış zamanı küçələri su basırsa, nəqliyyat dayanırsa, evlərə ziyan dəyirsə və insanların təhlükəsizliyi risk altına düşərsə onda bu hadisə təbii fəlakət kimi qiymətləndirilə bilər. Məsələn, Dubayda 2024-cü ildə rekord yağışlar şəhərin fəaliyyətini demək olar ki, dayandırmışdı. Londonla Parisdə də son illər qısamüddətli intensiv yağışlar metro və yolları su altında qoyub. Bu, urbanizasiya və iqlim dəyişikliyi ilə bağlıdır".

İB sədri qeyd edib ki, son illərdə ekstrem yağıntı hadisələrinin tezliyi artmaqdadır:

"Bu artım əsasən qlobal temperaturun yüksəlməsi, atmosfer rütubətinin artması və regional hava dövranının dəyişməsi ilə bağlıdır. Bu səbəbdən qısamüddətli, lakin çox intensiv yağışlar artıq nadir hadisə deyil, yeni iqlim reallığının göstəricisi hesab olunur".

İ.Həsənovanın sözlərinə görə, Azərbaycanda xüsusilə şəhər ərazilərində qısa müddətdə çox yağıntı düşməsi yolların su altında qalmasına, nəqliyyatın çətinləşməsinə və kanalizasiya sistemlərinə əlavə yük düşməsinə səbəb olur:

"Əgər rəsmi məlumatlarda yağıntının normadan 3-4 dəfə artıq olduğu qeyd edilirsə, bu, artıq adi meteoroloji hadisə deyil, ekstrem hava hadisəsi kimi qiymətləndirilir. Müasir dövrdə iri şəhərlərdə müşahidə olunan intensiv yağışlar təkcə lokal hava hadisəsi deyil, qlobal iqlim dəyişikliklərinin praktik nəticəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31