Hərracda təklif necə verilir? - Qaydalar açıqlanıb
15:28 SosialHərracın təşkil edilməsi məqsədilə verilmiş elanda qeyd edilən məkana gələn şəxslərə əyani və ya onlayn olaraq sifariş verdiyi əmlaka dair hərracçı tərəfindən həmin əmlak barəsində məlumat və start qiyməti elan olunur.
Bu barədə Olaylar.az-a Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, ilkin satış qiyməti elan olunduqdan sonra heç bir iştirakçı tərəfindən təklif verilmədikdə hərrac baş tutmamış sayılır.
"Bir nəfər sifarişçi olduqda hərracçı tərəfindən elan edilən təklifə razılıq bildirərsə, o, hərracın qalibi elan olunur. Hərrac rəqabətli keçdikdə isə iştirakçılar əmlakın ilkin satış qiymətinə əlavə təkliflər edirlər. Hər yeni təklif isə ilkin satış qiymətinin 1% -dən az olmamalıdır. Məsələn, ilkin satış qiyməti 5000 manat olan dövlət əmlakına edilən təklif minimum 50 manat olmalıdır",- məlumatda qeyd edilib.