Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

41 nömrəli marşrut nağdsız ödəniş sisteminə keçir.Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, martın 23-dən Binəqədi qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 41 nömrəli müntəzəm marşrutda nağdsız ödəniş tətbiq ediləcək.

Marşrut üzrə 15 yeni "İsuzu" markalı avtobus fəaliyyət göstərir. Nəqliyyat vasitələri müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Avtobuslarda gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31