İncəsənət təhsili həm də milli kimliyimizin qorunmasıdır- ÖZƏL

"İncəsənət təhsili cəmiyyətin mənəvi inkişafında, milli-mədəni dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Bu baxımdan incəsənət məktəblərinin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, tədris keyfiyyətinin artırılması və bu sahədə davamlı islahatların həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Son dövrlərdə incəsənət təhsilində aparılan sistemli islahatlar, xüsusilə rəqəmsallaşdırma, tədris məzmununun yenilənməsi və müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində atılan addımlar müsbət nəticələr verir.
İncəsənət məktəblərinin inkişafı yalnız təhsil məsələsi deyil, həm də milli kimliyimizin, mədəni irsimizin qorunması və təbliği baxımından strateji əhəmiyyət kəsb edir. Bu sahəyə göstərilən diqqət gələcək nəsillərin daha zəngin mənəvi dəyərlər üzərində formalaşmasına xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31