Bu şəxslər 3 ildən 7 ilədək azadlıqdan məhrum ediləcəklər- ÖZƏL

Son vaxtlar sosial şəbəkələrdə süni intelekt texnologiyaları ilə hazırlanan audio və video materialların yayılması halları artıb. Cinayət qanunvericiliyində edilən dəyişikliyə əsasən, qanunsuz olaraq belə hallara yol verən şəxslər məsuliyyətə səbəb olacaq. Maraqlıdır, belə şəxsləri hansı cəzalar gözləyir? "Olaylar"ın məlumatına görə, Milli Məclisin deputatı Kamal Cəfərov bildirib ki, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları ilə hazırlanan, reallığı əks etdirməyən materialları hazırlayan və ya yayan şəxslər 3 min manatdan 7 min manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir: "Əgər bu əməllər qabaqcadan əlbir olan bir qrup şəxslər tərəfindən törədildikdə və ya iki və ya daha çox şəxsə qarşı törədildikdə, o cümlədən şəxsin şərəf və ləyaqətini ləkələmək məqsədilə törədildikdə və ya zərərçəkmiş şəxsin xidməti vəzifəsini, ictimai borcunu yerinə yetirilməsi ilə əlaqədar onun özü və yaxın qohumlarına qarşı törədilərsə, cəza 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə olacaq. Eyni texnologiyalarla pornoqrafik və ya seksual məzmunlu materialların hazırlanması və yayılması isə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnəcək."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31