Daha ədalətli və vahid struktura malik əməkhaqqı sistemi- ÖZƏL
12:43 Sosial
"Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan institusional islahatları davam etdirməyə, dövlət qulluğunda əməkhaqqı sisteminin daha müasir, təkmil şəkildə qurularaq vahid struktur əsasında optimal və balanslı, sabit və effektiv modelə keçirilməsinə imkan yaradır. "Dövlət qulluğu haqqında" Qanuna edilməsi nəzərdə tutlan dəyişikliklər də bu məqsədə xidmət edir". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Alim Hüseynli deyib: "Dövlət qulluğu haqqında" Qanuna edilən dəyişikliklər daha şəffaf, ədalətli və vahid struktura malik əməkhaqqı sistemini təmin edəcək.
Yeni model dövlət qulluğunda əvvəllər müxtəlif əlavələr formasında ödənilən hissələrin vəzifə maaşının tərkibinə daxil edilməsi ilə əməkhaqqının vahid strukturunun müəyyən edilməsinə, daha aydın, sabit, ədalətli olmasına imkan yaradır. Əməkhaqqının vahid strukturu bir sıra hallarda özünü göstərən maaş disproporsiyalarının aradan qalxmasını, bərabər imkanların təmin edilməsini şərtləndirmiş olacaq. Digər tərəfdən, dövlət qulluqçularının əməkhaqqının daha stabil və proqnozlaşdırılan olması təmin ediləcək.
Ümumilikdə, bu islahat dövlət qulluğunda əməkhaqqı sisteminin daha şəffaf, ədalətli və nəticəyönümlü olmasına, əməkhaqqı komponentlərinin açıq və aydın şəkildə formalaşmasına, nəticədə dövlət idarəçiliyində şəffaflığın artırılmasına xidmət edir".