Prezidentin maşınını istədi - İlham Əliyevlə birinci xanım Mehriban Əliyevanın Xocavəndə səfərindən maraqlı anlar - VİDEO

 

 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Xanoba kəndinə səfər zamanı maraqlı hadisə yaşanıb.

Səfər çərçivəsində kənd sakinləri ilə səmimi görüş keçirilib və tədbir zamanı diqqət çəkən anlardan biri azyaşlı sakinin davranışı olub.

Belə ki, Xanoba kəndində yaşayan balaca sakin Prezident Ilham Əliyevin avtomobilinə əyləşib. O, avtomobildən düşərkən səmimi şəkildə "Mən sənin maşınını istəyirəm" sözlərini deyib.

Uşağın bu səmimi istəyi Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən təbəssümlə qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31