Xoşqədəmin verilişi niyə bağlandı? – ARB-dən açıqlama

Xoşqədəm Hidayətızının ARB telekanalında yayımlanan "Səni axtarıram" verilişinin fəaliyyəti dayandırılıb.

Məlumatı Modern.az-a açıqlamasında telekanalın mətbuat xidmətinin rəhbəri Mail Əsgərov təsdiqləyib.

"ARB-nin daxili qaydalarına əsasən, Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" və Zaur Kamalın aparıcılığını etdiyi "Həmin Zaur" verilişlərinin fəaliyyətləri dayandırılıb", - M.Əsgərov deyib.

O, Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" verilişinin reytinqinin normal olduğunu da qeyd edib.

M.Əsgərov bağlanan verilişlərin əməkdaşlarının sonrakı taleyi, harada işləyəcəkləri barədə məlumatlı olmadığını bildirib. O bu barədə məlumat olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcəyini söyləyib.

Xatırladaq ki, ATV telekanalında yayımlanan  "Rəngarəng" və "Bizimləsən" verilişlərinin də fəaliyyətləri dayandırlıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31