İşıqforlardakı saniyəölçən tablolar niyə götürülüb? - RƏSMİ

Bakıda işıqforlarda saniyəölçən tabloların tədricən yığışdırılmasının səbəbi açıqlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Report-a verilən açıqlamada təhlillərə əsasən işıqforlarda rəqəmli tablolar olduğu zaman bəzi sürücülərin yaşıl işığın sönməsinə qısa müddət qaldıqda uzaq məsafədən sürəti artıraraq kəsişmədən keçməyə cəhd etdiyi bildirilib.

"Bu cür davranışlar yollarda qəza riskinin artmasına, piyada keçidlərində isə piyadavurma hallarına səbəb olur. Rəqəmli tablolar olmayan işıqforlarda isə bu hallar az müşahidə edilir. Qeyd edək ki, artıq bir sıra inkişaf etmiş ölkələrdə işıqforlar quraşdırılarkən rəqəmli tablolardan istifadə edilmir", - məlumatda vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31