Bu şəxslər imtahansız universitetə qəbul OLACAQLAR
13:16 Sosialİstedadlı insanları üzə çıxarmaq, onları müəyyən etmək Mədəniyyət Nazirliyi olaraq bizim əsas prioritetimizdir.
Bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsində keçirilən "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə deyib.
"Uşaq İncəsənət Festivalı gələn ildən İncəsənət Olimpiadası formatında keçiriləcək. Nəticədə qaliblər imtahansız ali təhsil müəssisələrinə qəbul ola biləcək", - deyə nazir bildirib./Trend.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31