İncəsənət məktəblərində böyük yoxlama

Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq. Artıq fevral ayından bu prosesə başlanılıb.

Bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsində keçirilən "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə deyib.

Nazir bildirib ki, ilk dəfə olaraq ötən il incəsənət məktəblərində çalışan 4 min müəllimin bilik və bacarıqları obyektiv şəkildə qiymətləndirilib.

"Beləliklə, ölkə üzrə fəaliyyət göstərən 237 incəsənət məktəbində çalışan 12 mindən artıq müəllimin səriştələrinin qiymətləndirilməsi prosesi bu il tamamlanmış olacaq.

Ötən il attestasiya prosesində iştirak edən təxminən 4 min müəllimin 80 faizi bu mərhələni uğurla keçib.

Bu göstərici bir tərəfdən sistemdə mövcud olan sağlam pedaqoji potensialı, digər tərəfdən isə inkişaf tələb edən sahələri aydın şəkildə ortaya qoyub", - deyə A.Kərimli qeyd edib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31