Ötən il 15 239 şəxsə hüquqi yardım göstərilib- ÖZƏL
11:12 SosialHazırda Azərbaycan Vəkillər Kollegiyasının tərkibində 144 Vəkil Bürosunda 2 676 vəkil, fərdi qaydada isə 150 vəkil fəaliyyət göstərir. "Olaylar" Vəkillər Kollegiyasına istinadən xəbər verir ki, ötən il digər ödənişli əsaslarla (məsləhətlərin verilməsi, prosessual sənədlərin hazırlanması və s.) 13 469 fiziki və 1 770 hüquqi şəxs olmaqla, ümumilikdə 15 239 şəxsə hüquqi yardım göstərilib. Bununla yanaşı, 10 521 aztəminatlı şəxs ödənişsiz hüquqi yardımla təmin olunub.
Eyni zamanda hesabat dövründə 71 038 fiziki və 13 856 hüquqi şəxslə ümumilikdə 84 894 müqavilə bağlanılıb. Bağlanılan müqavilələr üzrə fiziki şəxslər tərəfindən 22 083 185,94 manat, hüquqi şəxslər tərəfindən isə 5 090 268,89 manat olmaqla, ümumilikdə 27 173 454,83 manat məbləğində vəsait ödənilib.
Bundan əlavə, dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə əlaqədar icrası təmin edilən qərarlar üzrə vəkillərə ümumilikdə 5 999 874,51 manat məbləğində ödəniş həyata keçirilib.