Vəkillik fəaliyyəti çox önəmli və şərəfli bir sahədir-Nadir Adilov- ÖZƏL

"Təəssüf ki, ölkədə olmadığım üçün "Vəkillik fəaliyyəti" adlı bu dəyərli əsərin ictimai təqdimat mərasimində iştirak edə bilmədim. Lakin kitabı əldə etdikdən sonra artıq birinci fəsli oxuyub bitirmişəm və yaxın zamanda digər fəsilləri də oxumağı planlaşdırıram". "Olaylar" xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov deyib: "Əvvəlcə onu qeyd etməliyəm ki, bizim tələbə olduğumuz dövrdə hüquq sahəsində kitabların tapılmadığı bir zamanda nəinki belə fundamental əsərlər yazılmırdı, hətta vəkilliklə bağlı məqalələrin və kitabların sayı barmaqla sayılacaq qədər az idi. 
Bu gün isə sevindirici hal odur ki, "Vəkillik fəaliyyəti" kitabı da daxil olmaqla, hüquq sahəsində keyfiyyətli və məzmunlu elmi əsərlər yazılır və bu kitablar hüquq ədəbiyyatında mövcud boşluğun doldurulmasında mühüm rol oynayır.
Vəkillik fəaliyyəti çox önəmli və şərəfli bir sahədir. Son dövrlərdə hüquq fakültəsi tələbələrinin, eləcə də praktiki hüquqşünasların bu sahəyə artan marağı, vəkillik institutunun inkişafının real göstəricisi və dəyərləndirmə meyarıdır.
Bu gözəl əsərin ərsəyə gəlməsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association sədri, kitabın həmmüəlliflərindən olan hörmətli Anar Bagirov başda olmaqla bütün müəlliflərə dərin təşəkkürümü bildirirəm. 
Belə bir əsərin ingilis və rus dillərinə tərcümə olunaraq geniş beynəlxalq auditoriyaya təqdim edilməsinə böyük ehtiyac var. Əsəri fundamental elmi iş hesab etməklə yanaşı, onun hər bir hüquqşünasın stolüstü kitabı olacağına inanıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31