Kola ilə “angina müalicəsi” mümkündür? – həkimlər xəbərdarlıq edir

Sosial şəbəkələrdə anginanın qazlı içkilərlə, xüsusilə də kola ilə "müalicə oluna biləcəyi" barədə yayılan iddialar həqiqəti əks etdirmir və əksinə, vəziyyəti daha da ağırlaşdıra bilər.

Musavat.com xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, içkinin tərkibindəki ortofosfor turşusu boğazdakı ağ örtüyü müvəqqəti olaraq azalda bilər, lakin bu, infeksiyanı aradan qaldırmır. Anginanın əsas səbəbi bakteriya və ya viruslar olduğundan, xəstəlik mənbəyi orqanizmdə qalır.

Eyni zamanda, qaz və turşulu mühit artıq iltihablaşmış boğaz selikli qişasını daha da qıcıqlandırır, şişkinliyi artırır. İçkidəki yüksək şəkər miqdarı isə mikrobların çoxalması üçün əlverişli şərait yaradır. Bundan başqa, kofein orqanizmi susuzlaşdırır ki, bu da xəstəlik zamanı toxumaların bərpasını çətinləşdirir.

Nəticədə belə "özünümüalicə" üsulları xəstənin vəziyyətini pisləşdirə, anginanın isə ürək və böyrəklərə qədər ciddi fəsadlara yol açmasına səbəb ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31