"Buna görə Alim Qasımovun evinə gedəndə uzun ətək geyindim"

Əməkdar artist Elza Seyidcahan Xalq artisti Alim Qasımovla bağlı etiraf edib.

Axşam.az xəbər verir ki, müğənni "Real TV"də qonaq olarkən xanəndənin evinə qonaq getdiyi anları belə xatırlayıb:

"Bir dəfə Alim Qasımovun evinə qonaq getmişdik. Uzun ətək geyinmişdim. Valideynləri dedi ki, Alim, Tamilla, bu, nə ağıllı qızdır, uzun geyinib. Dedim ki, bura gələndə bildim ki, yerdə oturacağam. Onlar yemək yeyəndə yerdə otururlar. Ona görə də uzun ətək geyinmişdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31