Vəfat edən şəxsin pensiyası vərəsəyə verilsin - TƏKLİF

"1994-cü ildə Azərbaycanda 1 milyon 250,9 min təqaüdçü var idi. 30 ildən sonra 2026-cı ilin yanvarın ayının 1-nə təqaüdçülərin sayı 1 milyon 98,9 min nəfərə qədər azalıb".

Bunu iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, təqaüdçülərin sayı ilbəil azaılır, paralel olaraq ölkədə doğuş sayı da kəskin azalır:

"Təqaüdçülər üçün ən vacib məsələlərdən biri ömür boyu işləyib, çalışıb Dövlət Sosial Müdafiə Fonduna topladıqları vəsaitə çıxışının olmamasıdır. Sayları azalır, bu boşluq mütləq aradan qaldırılmalıdır. Bu gün pensiya kapitalının həddi 46 080 manatdır. Bunun özü də çoxdur. İnsanlar var ki, 100-150 min pensiya kapitalları var, amma həmin vəsait onlar üçün əlçatan deyil. Təqaüd yaşına çatmadan dünyasını dəyişənlər var, sayları çoxdur. Onların varisləri niyə həmin vəsaiti ala bilməsin?! Bəlkə övladının təhsil haqqını və ya ipotekanı o vəsaitdən ödəmək hüququ yaransın?", - deyə N.Cəfərli qeyd edib./Unikal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31