Sosial müavinətlərlə bağlı YENİLİK - Mayın 1-dən...

ilə nağd kredit 10.49%-dən

#CƏMİYYƏT#MÜAVİNƏT

Sosial müavinətlərin təyinatı ilə bağlı mühüm yenilik tətbiq olunacaq.

Milli.Az-ın məlumatına görə, yenilik mayın 1-dən etibarən qüvvəyə minəcək.

Yeniliyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləlik və doğuma görə müavinət, üç yaşınadək uşağa qulluğa görə müavinət, eləcə də dəfn üçün birdəfəlik müavinət artıq proaktiv qaydada təyin ediləcək.

Bu o deməkdir ki, vətəndaşların hər hansı quruma müraciət etməsinə, növbə gözləməsinə və ya sənəd toplamasına ehtiyac qalmayacaq. Bütün proseslər rəqəmsal şəkildə həyata keçiriləcək.

Müvafiq hal baş verdikdə, vətəndaşa təyinatla bağlı SMS bildirişi və ya "E-sosial" proqramında bildirişlə bölməsində məlumat göndəriləcək.

Beləliklə, vətəndaşlar əlavə vaxt və səy sərf etmədən, heç bir çətinlik yaşamadan bütün prosesi öz şəxsi kabinetləri üzərindən rahat şəkildə izləyə biləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31