Bakıda dərsdən qaçmaq istəyən uşaqdan ŞOK ADDIM
12:13 SosialQaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbdə hadisə baş verib.
Konkret.az xəbər verir ki, məktəbin 8-ci sinif şagirdi dərs vaxtı məktəbdən yayınmaq istəyərkən ikinci mərtəbədən tullanıb. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisədən dərhal sonra şagirdə ilkin tibbi yardım göstərilib və vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri və təfərrüatı hələlik açıqlanmayıb.
Qeyd edək ki, məktəbin direktoru Gülər Bəbirovadır. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri - Azər Allahverdiyev, Vüqar Ağamirzəyev və Şəbnəm Xəlilova hadisə vaxtı məktəbdə olmayıblar. Dərs vaxtı fənn müəlliminin otaqda olmadığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31