Lalə Sərdarlı: "Mirzə Qədim İrəvaninin elmi və bədii irsi sivilizasiyalararası dialoq platformasına çevrilib"
10:09 Sosial"Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin sədri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Sərdarlı, Mədəniyyət Nazirliyinin maliyə dəstəyi ilə gerçəkləşən "Mirzə Qədim İrəvani irsinin işığını paylaşaq" adlı layihə çərçivəsində "Sərdar Sandıq-Mücrü Ocağı və Almaniyadakı "Türk Tarixi və Mədəniyyətləri Muzeyinin" birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq onlayn elmi praktik konfransın nəticələrinə dair rəsmi açıqlama verib. L.Sərdarlı qeyd edib ki, Almaniyanın Nürnberq şəhərində yerləşən chr("39")Begegnungsstube Medina e.V.chr("39") dərnəyi və onun təsis etdiyi Türk Tarixi və Mədəniyyətləri Muzeyi ilə qurulan tərəfdaşlıq tarixi bir uğurdur.
"Onlayn platformada 10 ölkədən 100-dən çox mütəxəssisin qatıldığı bu konfrans Mirzə Qədim İrəvani irsinin dünya mədəni yaddaşındakı yerini sənədləşdirdi. Bizim üçün qürurvericidir ki, tədbirdə Almaniyadan bir çox layihələrimizin Avropadakı tərəfdaşı, Almaniya Medina Dərnəyinin qurucusu olan Cəmaləddin Özdəmirin giriş nitqindən sonra çox mötəbər bir heyət - Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov,Türkiyənin Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru, Türk Dövlətləri Sənət Universitetləri Birliyinin dönəm başkanı, professor Erhan Özden, Səlcuq Universitetinin Gözəl Sənətlər Fakültəsinin dekanı, professor İlham Ənvəroğlu, Gürcüstan Milli Muzeyinin Şərq Kolleksiyaları üzrə kuratoru, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru İrina Koşoridze,
Naxçıvan Rəssamlar Birliyinin sədri,millət vəkili,əməkdar rəssam Ülviyyə Həmzəyeva, Milli İncəsənət Muzeyinin bərpa şöbəsinin müdiri,ali dərəcəli bərpaçı, əməkdar rəssam Natiq Səfərov,Özbəkistan Kemoloddin Behzod adına Beynəlxalq Rəssamlıq və Dizayn İnstitutunun dosenti Fəridə Maksumova və layihə rəhbəri,araşdırmaçı,tətbiqi sənət ustası İsgəndər Sərdarlı İrəvani öz tədqiqatlarını təqdim etdilər.
Bu cür simaların bir araya gəlməsi İrəvani irsinin qlobal miqyasını göstərir."
Lalə Sərdarlı əlavə edib ki, layihənin maarifləndirmə mərhələsi çərçivəsində keçirilən bu tədbir Qərbi Azərbaycan mədəniyyətinin beynəlxalq təbliğində mühüm mərhələdir."
Sonda birlik sədri bu layihənin əsas tərəfdaşı Qərbi Azərbaycan İcmasınin və Milli İncəsənət Muzeyinin bu istiqamətdəki fəaliyyətlərini də yüksək dəyərləndirib.