Ramazanın 27-ci gününün duası - İftar və imsak vaxtları
19:48 SosialSabah Ramazan ayının 27-ci günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 17-də Bakıda imsak saat 05:23-də, iftar isə saat 19:04-dədir.
Ramazan ayının 27-ci gününün duası:
"Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin".
Tərcüməsi:
"İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!"
Allah orucunuzu qəbul etsin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31