Azərbaycanda 9 milyon manatlıq internet provayderinin kapitalı azaldılır
18:07 Sosial"Aznet Technologies" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə kapitalı azaldılır.
Bu barədə MMC özü elan edib.
Bildirilib ki, "Aznet Technologies" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 6 milyon 3,836 min manat həcmində azaldılaraq 3 milyon 96,154 min manat manat müəyyən edilir. Buna qədər isə şirkətin nizamnamə kapitalı 9 milyon 99,99 min manat idi.
Qeyd edilib ki, kreditorlar tələblərini şirkətin hüquqi ünvanına göndərə bilərlər.
Sözügedən internet provayder 2023-cü ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Heydərov Kamran Avtandil oğludur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31