Blogerin ölümünü intihar yox, cinayət hesab edən jurnalist həbs olundu
15:34 SosialTürkiyədə tanınmış maqazin jurnalisti Bilal Özcan sosial mediada yayımladığı iddialar səbəbindən saxlanılıb.
Axşam.az xəbər verir ki, buna səbəb onun "İşte benim stilim"in iştirakçılarından olan, sosial media fenomeni və modelyer Ayşegül Eraslanın ölümü ilə bağlı informasiya olub. belə ki, Bilal blogerin ölümündə cinayət əməlləri olduğunu iddia edib.
O, hüquq‑mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilib. Jurnalistə qarşı bu paylaşımına görə "yanıltıcı məlumatı alən yayma" və "insanları kin və düşmənçiliyə təhrik etmə" ittihamları irəli sürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31