SSRİ bayraqları ilə yürüşə cəhd edən şəxslərin növbəti məhkəməsi keçirilib

SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə ittiham edilən Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Olaylar.az xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə ittiham aktı elan edilib.

Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Daha sonra təqsirləndirilən İbrahim Əsədli ifadə verib.

Məhkəmənin növbəti iclası 6 aprelə təyin edilib.

Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31