İsveçin İrandakı səfirliyi müvəqqəti olaraq Bakıya köçdü

İsveç diplomatlarını İrandan təxliyə edib, diplomatik missiya müvəqqəti olaraq Bakıda fəaliyyətini davam etdirir, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard "X" hesabında yazıb.

Nazir qeyd edib ki, Tehranda təhlükəsizliklə bağlı vəziyyət son dərəcə qeyri-müəyyən olaraq qalır.

"İranda təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq İsveçin Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyin isveçli əməkdaşlarını müvəqqəti olaraq köçürmək qərarına gəlib. Səfirlik Bakıda işini davam etdirir. Tehranda təhlükəsizliklə bağlı vəziyyət son dərəcə qeyri-müəyyən olaraq qalır. İsveçin Xarici İşlər Nazirliyi 2022-ci ildən İrana istənilən səfərlərdən çəkinməyi tövsiyə edir və İsveç vətəndaşlarını ölkəni tərk etməyə çağırır", - nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31