“TikTok”da nalayiq ifadələr işlətməsini cadu ilə əlaqələndirdi, həbs olundu

"TikTok"da cəmiyyətə açıqca hörmətsizlik edərək nalayiq ifadələr işlədən 1999-cu il təvəllüdlü Rəsul Bayramov inzibati qaydada məsuliyyətə cəlb edilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, polis tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi üzrə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında icraat aparılan R.Bayramov izahatında özünü təqsirli bilib. O, "TikTok"da nalayiq ifadələr işlətməsinin səbəbini ifadələri yönəltdiyi şəxslərin ona etdikləri cadu əməlləri ilə əlaqləndirib. R.Bayramov nalayiq ifadələri işlədən zaman cadunun təsiri altında olduğunu bildirib:"Özümə gələndən sonra peşman olub paylaşımları silirəm".

Qeyd edək ki, R.Bayramov məhkəmənin qərarı ilə inzibati qaydada 10 sutka həbs olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31