Azercell bu uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi – FOTOLAR

"Gələcək sizinlə başlayır! - öyrən, böyü, paylaş" sosial təşəbbüsü uğurla tamamlanıb

Azercell uşaqların inkişafına dəstək vermək məqsədilə "Gələcək sizinlə başlayır! - öyrən, böyü, paylaş" adlı sosial təşəbbüs həyata keçirib.

Olaylar.az bildirir ki, proqram xüsusi qayğı və dəstək mühitində böyüyən uşaqların sosial bacarıqlarını inkişaf etdirməyi və onların cəmiyyətə daha asan inteqrasiyasını təmin etməyi hədəfləyib.

Layihə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1 saylı Uşaq Evi sosial xidmət müəssisəsində icra olunub.

Üç ay davam edən proqram sosial bacarıqların inkişafı, özünüifadə və yaradıcı düşüncənin təşviqi, eləcə də rəqəmsal savadlılıq və onlayn təhlükəsizlik kimi mövzuları əhatə edib. Bundan əlavə, iştirakçılara piyada təhlükəsizliyi və ilkin tibbi yardım üzrə praktiki biliklər təqdim olunub. Təlimlər Azercell-in müvafiq sahələr üzrə mütəxəssisləri və Çikaqo Universitetinin layihə koordinatoru Gülsüm Məmmədova tərəfindən keçirilib.

Qeyd edək ki, layihə Azercell-in uşaqlar üçün təhsil imkanlarının genişləndirilməsinə və praktiki bacarıqların inkişafına yönəlmiş sosial təşəbbüslər çərçivəsində reallaşdırılıb.

062 KAMG1151 scaledDSC06285 2 scaled

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31