Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunur-Vitse-spiker

Son bir neçə ildə Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunur. "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentdə Nazirlər Kabinetinin hesabatınıın müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altındadır:

"2015-ci ildə ölkədə məktəblərdə oxuyan şagirdlərin sayı 1,5-1,6 milyon nəfər idisə, güman edirəm ki, bir neçə ilə bu göstərici 1 milyona düşəcək. Bu da nə qədər müəllimin ixtisar riski deməkdir". Əli Əhmədov Baş nazirə müraciət edərək gələcəkdə hökumətin demoqrafik məsələlərə diqqətini artırmasının zəruri olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31