Ötən il orta illik baza inflyasiyası 4.7% olub

Ötən il orta illik baza inflyasiyası 4.7% olub. "Olaylar" xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, 2025-ci ildə orta illik inflyasiya isə 5.6% olub.

Bundan başqa, ötən ildə cəmi məhsul və xidmətlər üzrə illik inflyasiya 5.2%, o cümlədən, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.4%, qeyri-qida məhsulları üzrə 2.5%, ödənişli xidmətlər üzrə isə 5.7% təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31