Əmək pensiyasının həcmi 320 manata çatdırılıb

2025-ci il 1 fevral tarixindən əmək pensiyasının minimum məbləği 280 manatdan 320 manata çatdırılıb. "Olaylar" xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Sənədə əsasən, əmək pensiyalarının orta aylıq məbləği 2025-ci il 1 yanvar tarixinə olan 496,6 manatdan 2026-cı ilin 1 yanvar tarixinə görə 542,6 manata yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31