Qarabağda 45, Şərqi - Zəngəzurda 20 təhsil müəssisəsinin tabeliyi dəyişəcək
11:25 SosialGələcəkdə tabeliyi dəyişəcək 45 Qarabağ və 20 Şərqi-Zəngəzur müəssisəsi üzrə aidiyyəti qurumlara müraciət edilib.
Bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabata görə, bununla bağlı ictimaiyyətlə kommunikasiya planı hazırlanmış və 5 illik strateji optimallaşdırma planı üzərində iş aparılıb.
Qeyd edək ki, 2025-ci il ərzində ümumilikdə 115 müəssisə (86 ləğv, 10 faliyyəti dayandırılan, 19 tipi dəyişən) ümumi təhsil müəssisələrinin siyahısına daxil edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31