Azərbaycanda bloqerlərə QADAĞA
12:48 SosialAzərbaycanda bloqerlərin istifadə etmədiyi məhsulları reklam etməsi qadağan edilib. Milli.Az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Bazarına Nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı deyib.Qeyd edib ki, ötən il "Reklam haqqında" Qanununa edilən dəyişikliklərə əsasən, influenserlərin özlərinin istifadə etmədiyi məhsulları istifadə edirmiş kimi təqdim edərək reklam etməsi qadağan olunub: "Qanuna edilən dəyişikliklər həmçinin qanunsuz qumar oyunlarının və qeydiyyatdan keçməmiş stimullaşdırıcı lotereyaların reklamının yayılmasının qarşısını almağa yönəlib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31