Bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq - Bu tarixdə
11:55 SosialBütün sosial ödənişlər martın 13-də qrafikdən əvvəl yekunlaşdırılacaq. Bu barədə DSMF məlumat yayıb.Bildirilir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl - martın 13-də ödənilməsi nəzərdə tutulub. Beləliklə, respublika üzrə bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılmış olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31