Korrupsiya faktlarını açıqlayan işçilərə dair QƏRAR

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun tətbiqi haqqında" Prezidentin 2025-ci il 14 aprel tarixli 365 nömrəli Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun müvafiq tələblərinə əsasən səlahiyyətli struktur bölmə (şəxs) attestasiyada birbaşa və ya dolayı yolla iştirak etməməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31