Transmilli kiber-dələduzluq cinayətləri istintaqı çətinləşdirir
11:34 Sosial"Kiber-dələduzluq fəaliyyəti ilə məşğul olan cinayətkar qruplar adətən transmilli xarakter daşıyır və bu xüsusat istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini daha da mürəkkəbləşdirir".
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev deyib.
Onun sözlərinə görə, belə qrupların üzvləri arasında birbaşa fiziki əlaqə əksər hallarda mövcud olmur və onlar bir-birini şəxsən tanımırlar. Bildirib ki, əlaqələr əsasən sosial şəbəkələr, müxtəlif messencer tətbiqləri və digər elektron kommunikasiya vasitələri üzərindən qurulur:
"Nəticə etibarı ilə bu hallar cinayətkarların müəyyən edilib məsuliyyətə cəlb olunmasını əhəmiyyətli dərəcədə çətinləşdirir.
Bununla belə kiber-cinayətkarlıqla mübarizədə həyata keçirilən əməliyyat-texniki tədbirlər və beynəlxalq əməkdaşlıq mexanizmləri müəyyən müsbət nəticələr verməkdədir:
Nəzərə çatdırıb ki, transmilli xarakter daşıyan bu cinayətlərin araşdırılması zamanı beynəlxalq hüquqi yardım mexanizmlərindən geniş istifadə olunur:
"Lakin vurğulamaq istərdim ki, kiber-cinayətkarlıqla mübarizə yalnız hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə kifayət deyil. Bu sahədə effektiv nəticənin əldə olunması üçün bütün maraqlı tərəflərin: dövlət qurumları, banklar, maliyyə institutları, mobil rabitə operatorları və internet provayderlərin birgə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir".