Azərbaycanda şikayətlərin 30 faizi bu sahə ilə BAĞLIDIR

"2025-ci ilin təhlilləri göstərir ki, istehlakçılarla istehsalçı qurumlar arasında yaranan mübahisələrlə bağlı Agentliyə daxil olan müraciətlərin təxminən 30 faizi rəqəmsal sahə ilə əlaqədardır".

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini Cəfər Babayev deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın statistikasına əsasən, hər il elektron platformalarda həyata keçirilən ticarət dövriyyəsinin, eləcə də ödənişlərin sayı və həcmi durmadan artır.

Bildirib ki, bu sahədə istehlakçı hüquqlarının müdafiə olunması üçün agentliyin dövlət orqanı kimi qanunvericiliklə müəyyən edilmiş bir sıra səlahiyyətləri mövcuddur:

"Bununla yanaşı, biz yalnız qanunun bizə verdiyi imkanlarla deyil, həm də mövcud "yumşaq güc" alətlərindən istifadə etməklə istehlakçı hüquqlarının qorunmasını təmin etməyə çalışırıq".

C. Babayev qeyd edib ki, elektron ticarət sahəsində formalaşan münasibətlər göstərir ki, artıq ənənəvi istehlakçı-sahibkar münasibətlərinə fərqli prizmadan yanaşmaq zəruridir:

"Bu səbəbdən biz elektron platforma sahibləri və sahibkarlarla mütəmadi görüşlər keçirir, bu görüşlər zamanı istehlakçı hüquqlarının daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayırıq. Digər tərəfdən, istehlakçılarla da işimiz davam etdirilir. Bu sahədə ən güclü alətimiz maarifləndirmədir. Maarifləndirmə prosesində istehlakçılara qanunvericiliklə onlara verilmiş hüquqlar barədə mümkün qədər ətraflı məlumat verilir və elektron ticarət zamanı qarşılaşa biləcəkləri risklərdən necə qoruna biləcəkləri izah olunur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31