2026-cı ilin əvvəlində Bakının daşınmaz əmlak bazarında ən yüksək aktivlik şəhərin mərkəzi rayonlarında müşahidə olunur.
Bbu barədə BAKU.VS-ə məlumat verən Vüqar Orucun sözlərinə görə, xüsusilə Səbail, Yasamal və Nəsimi rayonları fevral ayında da bazarın ən aktiv zonaları olub.
Onun sözlərinə görə, bu rayonların mərkəzi ərazilərdə yerləşməsi, inkişaf etmiş biznes və xidmət infrastrukturu, həmçinin yeni tikinti layihələrinin investisiya baxımından cəlbedici olması qiymətlərin daha sürətli artmasına səbəb olub:
"Xüsusilə Səbail rayonunda torpaq sahələrinin məhdudluğu və premium seqmentin payının yüksək olması qiymətlərin daha dinamik artmasına təsir edir".
