Rüfət Nasosnunun verilişi niyə dayandırılıb? – ŞOK İDDİA
16:21 SosialXəbər verdiyimiz kimi, meyxanaçı Rüfət Kərimovun (Nasosnu) "Kanal S"də yayımlanan "Evdən-evə" layihəsi dayandırılıb. İddia edilir ki, buna səbəb jurnalist Aygün İlqarın R.Kərimovla bağlı sosial şəbəkələrdə yazdığı paylaşım göstərilir. Belə ki, jurnalist meyxanaçını narkotikdən istifadədə ittiham edib.
Globalinfo.az-a danışan Rüfət Nasosnu Aygün İlqarı tanımadığını bildirib:
"Müəyyən planlarla, işlərimlə əlaqədar olaraq aparıcılığa bir müddət ara verməli oldum. Rəhbərliklə məsləhətləşib, belə qərara gəldik. Aygün İlqara gəlincə isə, o xanımı tanımıram. Barəmdə xoşagəlməz sözlər yazıb, məni narkoman kimi qələmə verib. Keçmişdə hər kəsin səhvi ola bilər. Əsas odur zamanında səhvimi başa düşmüşəm və bu yoldan geri çəkilmişəm.
Mən nə siqaret çəkirəm, nə energetik, nə də digər qazlı şirələrdən içirəm. Kişi olduğum üçün o xanımla mübahisəyə girmədim. Əgər mənim pis vərdişlərim və həyat tərzim olsaydı, sürücülük vəsiqəsi, sağlamlıq haqqında arayış ala bilməzdim, efirlərə dəvət olunmazdım, işləyə bilməzdim. Cəmiyyət arasında olan adamam. Narkotik vasitədən istifadəni maksimum 5-6 ay gizlətmək olar. Hansı zəmanədə yaşayırıq?"