Deputat şəhid ailəsini ziyarət edib- ÖZƏL
15:14 SosialMilli Məclisin deputatı Sevinc Fətəliyeva şəhid ailəsini ziyarət edib. Olaylar xəbər verir ki , bu barədə millət vəkili özü məlumat verib:
"Müharibə qəhrəmanımız, şəhidimiz Elzar Yusubovun anası - əziz Günəş xanımın qonağı oldum. Bu illər ərzində Günəş xanım bizim üçün artıq doğma və yaxın bir insana çevrilib.
Ailə üzvləri ilə, şəhidimizin gözəl və tərbiyəli övladları ilə görüşdük, səmimi söhbətlər etdik. Onların hər birində qəhrəman atalarının ruhunu, Vətən sevgisini hiss etmək mümkündür.
Ailə tərəfindən böyük sevgi, dərin hörmət və ehtiramla yaradılmış Elzar Yusubovun xatirə otağı ilə də tanış olduq. Bu otaq yalnız bir xatirə guşəsi deyil - bu, qəhrəmanlıq tariximizin, fədakarlığın və Vətənə sonsuz sevginin canlı yaddaşıdır.
Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq..."