Komitə sədrinə daha çox hansı problemlərlə bağlı müraciət edilib?- ÖZƏL
11:58 SosialMilli Məclisin deputatı, Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova növbəti vətəndaş qəbulu keçirib. "Olaylar" xəbər verir ki, bu barədə millər vəkili məlumat verib:"Milli Məclisin inzibati binasında Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri olaraq vətəndaş qəbulu keçirdim və onların müraciətlərini dinlədim.
Qəbul zamanı vətəndaşların müraciətləri fərdi qaydada dinlənildi, onların qaldırdıqları məsələlərə diqqətlə yanaşıldı. Müraciətlər əsasən ailə-məişət münasibətləri, səhiyyə, məşğulluq, əmək pensiyaları və sosial rifahla bağlı mövzuları əhatə edirdi.
Görüş zamanı səsləndirilən bəzi məsələlərin operativ şəkildə həllinə baxıldı. Digər müraciətlərin isə müvafiq araşdırmalardan sonra aidiyyəti qurumlar qarşısında qaldırılması üçün zəruri tədbirlər görüldü.
Vətəndaş məmnunluğunun təmin olunması və onların hüquqlarının etibarlı müdafiəsi qanunverici fəaliyyətimizin əsas istiqamətlərindən biri olmaqla, daim diqqət mərkəzində saxlanılır".