Meksikanın İrandakı səfiri təxliyə olunub

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə diplomatlarının təxliyəsi davam edir. Bu gün axşam saatlarında Meksikanın İrandakı Guillermo Alejandro Puente Ordorica Azərbaycan ərazisinə təhlükəsiz şəkildə təxliyə olunub.

Səfir media nümayəndələrinə açıqlamasında Azərbaycanın dost ölkə olduğunu bildirib və Meksika ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin mövcud olduğunu qeyd edib.

Qeyd edək ki, bundan əvvəl axşam saatlarında Meksikadan olan 7 diplomat və onların ailə üzvləri sərhəd-keçid məntəqəsi vasitəsilə təxliyə olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31