Ramazanın 18-ci gününün duası - İftar və imsak vaxtları

Sabah Ramazan ayının 18-ci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 8-də Bakıda imsak saat 05:38-də, iftar isə saat 18:54-dədir.

Ramazan ayının 18-ci gününün duası:

"Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin".

Tərcüməsi:

"İlahi, bu gün məni səhərlərin bərəkəti ilə oyat! Qəlbimi bu səhərlərin ziyası ilə işıqlat! Bədən üzvlərimi bu günün təsirinə tabe olmağa yönəlt! Nuruna and verirəm, ey ariflərin qəlbini nurlandıran Allah".

Allah orucunuzu qəbul etsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31