"Həyatımdakı şəxs Moskvada yaşayır"
15:56 SosialAparıcı Lətafət Ələkbərova "Öz aramızda" verilişində şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.
Milli.Az xəbər verir ki, tele-aparıcı Rusiyaya tez-tez səfər etməsinin səbəblərindən danışaraq etirafı ilə diqqət çəkib.
O, bildirib ki, Moskvaya mütəmadi getməsinin əsas səbəblərindən biri həyatındakı xüsusi insanın orada yaşamasıdır:
"Düzdür, Moskvaya tez-tez getməyimin səbəblərindən biri də həyatımda olan şəxsin orada yaşamasıdır. Subay qadınam. Qızım da orada oxuyur. Həmçinin orada çalışıram", - deyə aparıcı qeyd edib.
Ələkbərovanın bu səmimi etirafı sosial şəbəkələrdə müzakirələrə yol açıb. İzləyicilər onun açıq danışmasını müsbət qarşılayanlarla yanaşı, şəxsi həyatı ilə bağlı detalları ictimailəşdirməsini tənqid edənlər də olub.
İzləyicilər şərhlərdə müxtəlif fikirlər qeyd ediblər.