Taleh Qaraşov baş mühasibi işdən çıxardı

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) baş mühasibi Rövşən İsgəndərli işdən çıxarılıb."Yeni Sabah" xəbər verir ki, bu barədə ŞİH-nin başçısı Taleh Qaraşov əmr imzalayıb.R.İsgəndərli dövlət qulluğunda çalışmanın son yaş həddi ilə əlaqədar pensiyaya göndərilib.Qeyd edək ki, Rövşən Əlifağa oğlu İsgəndərli 1961-ci ildə anadan olub. O, uzun illər Lənkəran Şəhər İcra Hakimiyyətində işləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31